"Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Dünən "Zirə" rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
"Zirə" Premyer Liqada bu mövsüm keçirdiyi 2 oyundan cəmi 1 xal qazanıb.
Qeyd edək ki, Ayxan Abbasov 2016-cı ilin dekabrından "Zirə"ni çalışdırırdı.