"Qarabağ" azarkeşlərinə görə cərimələndi

14:21 29 Avqust 2018

 

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Topaz Premyer Liqasının 2-ci və 3-cü turunda keçirilən oyunlarda qeydə alınan qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının 2-ci turunun “Zirə” - “Keşlə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Topaz Premyer Liqasının 3-cü turunun “Zirə” - “Sabah” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Topaz Premyer Liqasının 3-cü turunun “Qəbələ” - “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

 

Topaz Premyer Liqasının 3-cü turunun “Qarabağ” - “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunur. Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti