"Keşlə" yoxlama matçları keçirəcək

16:16 29 Avqust 2018

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə "Keşlə" iki yoxlama matçı keçirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, komandamız sentyabrın 2-də “Səbail” ilə qarşılaşacaq. Oyun "Bayıl Arena" stadionunda baş tutacaq. Qarşılaşmanın vaxtı barədə əlavə məlumat veriləcək.

 

İkinci yoxlama matçında isə "Keşlə" “Sabah”la qarşılaşacaq. Matç sentyabrın 9-da saat 17.30-da Əlincə Arena stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti