Sabiq "Bakı"lı baş məşqçi oldu

17:21 29 Avqust 2018

Fəaliyyətini dayandırmış “Bakı” klubunun sabiq qapıçısı Xalidu Sissoko məşqçi fəaliyyətinə başlayıb.

 

Sportarena.az xəbər verir ki, seneqallı veteran qolkiper ölkəsində yüksək liqada çıxış edən NGB klubuna baş məşqçi təyin edilib.

 

Qeyd edək ki, 40 yaşlı Sissoko 2004-2012-ci illərdə “Bakıda çıxış edib. O, paytaxt klubunun heyətində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olub.


Digər xəbərlər

Xəbər xətti