Mərkəzdən öz qapısına qol vurdu - VİDEO

18:35 29 Avqust 2018

İngiltərənin "Huddersfield Taun" klubunun futbolçusu Juninyo Bakuno "Stok Siti" ilə Liqa Kuboku matçında qeyri-adi avtoqola imza atıb. 

 

Sportarena.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuno rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına tərəf istiqamətlənib. 

 

Qeyd edək ki, görüş "Stok Siti"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


Digər xəbərlər

Xəbər xətti