“Qəbələ”nin iki legionerinə millidən dəvət

10:31 30 Avqust 2018

“Qəbələ”nin iki legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçilər Sabien Lilay və Lalavele Atakora müvafiq olaraq Albaniya və Toqo komandalarının heyətinə daxil edilib. Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də evdə İsraillə, sentyabrın 10-da isə səfərdə Şotlandiya ilə qarşılaşacaq.

 

Lalavele Atakoranın milli komandası isə Afrika Millətlər Kuboku seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Beninlə qüvvəsini sınayacaq.


Digər xəbərlər

Xəbər xətti