AL-də pley-offun oyunlarına yekun vuruldu - YENİLƏNİB

03:02 31 Avqust 2018

Futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarnea.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" qrup mərhələsinə vəsiqə uğrunda Moldova “Şerif”i ilə mübarizə aparıb. Komandamız ilk oyunda bu rəqibinə minimal hesabla uduzsa da, cavab görüşündə darmadağına imza atmaqla mərhələ adlayıb.

 

Təmsilçimzin oyunundan başqa, bu gün daha 20 qarşılaşma baş tutub. Yığmamızın üzvü Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstanın “Astana” klubu Kipr APOEL-i ilə mübarizədən qalib ayrılmaqla növbəti mərhələyə vəsiqə qazanıb.

 

Türkiyənin “Beşiktaş” klubu da səfərdə heç-heçəyə razılaşdığı Serbiya “Partizan”ını mübarizədən kənarlaşdırmağı bacarıb.

 

Avropa Liqası, Pley-off mərhələsi

30 avqust

Astana (Qazaxıstan) - APOEL (Kipr) 1:0, pen. 2:1 (0:1)

Ufa (Rusiya) - Reyncers (Şotlandiya) 1:1 (0:1)

AEK (Larnaka, Kipr) - Trençin (Slovakiya) 3:0 (1:1)

Kopenhagen (Danimarka) - Atalanta (İtaliya) 0:0, pen. 4:3 (0:0)

Leyptsiq (Almaniya) - Zarya (Ukrayna) 3:2 (0:0)

Apollon (Kipr) - Bazel (İsveçrə) 1:0 (2:3)

ÇFR Kluj (Rumıniya) - Düdelanj (Lüksemburq) 2:3 (0:2)

Ludoqorets (Bolqarıstan) Torpedo (Kutaisi, Gürcüstan) 4:0 (1:0)

Makkabi (Təl-Əviv, İsrail) - Sarpsborq (Norveç) 2:1 (1:3)

Molde (Norveç) - Zenit (Rusiya) 2:1 (1:3)

Qarabağ (Azərbaycan) - Şerif (Moldova) 3:0 (0:1)

Midtyulland (Danimarka) - Malmö (İsveç) 0:2 (2:2)

Beşiktaş (Türkiyə) - Partizan (Serbiya) 3:0 (1:1)

Şkendiya (Makedoniya) - Rusenborq (Norveç) 0:2 (1:3)

Brondbü (Danimarka) - Genk (Belarus) 2:4 (2:5)

Styaua (Rumıniya) - Rapid (Avstriya) 2:1 (1:3)

Spartak (Trnava, Slovakiya) - Olimpiya (Sloveniya) 1:1 (2:0)

Bordo (Fransa) - Gent (Belçika) 2:0 (0:0)

Bernli (İngiltərə) - Olimpiakos (Yunanıstan) 1:1 (1:3)

Seltik (Şotlandiya) - Suduva (Litva) 3:0 (1:1)

Sevilya (İspaniya) - Siqma (Çexiya) 3:0 (1:0)


Digər xəbərlər

Xəbər xətti