"Neftçi" stadionuna qovuşdu

11:50 30 Avqust 2018

AFFA "Bakcell Arena"nın futbol meydanında apardığı təmir işlərini başa vurub.

 

Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.



2012-ci ildə fəaliyyətə başlamış 8-ci km stadionu 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə may ayından başlanılıb.

 

Qeyd edək ki, bu arenada "Neftçi" ev oyunlarını keçirir.


Digər xəbərlər

Xəbər xətti