"Qarabağ" - "Şerif" matçına hansı kanalda baxaq?

12:42 30 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" bu gün "Şerif"i qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda keçirləcək və start fiti saat 21:00-da veriləcək qarşılaşmanı futbolsevərlər "CBC Sport" kanalı vasitəsilə canlı izləyə biləcəklər.

 

Qeyd edək ki, tərəflər arasında Moldovada keçirilən görüşdə təmsilçimiz 0:1 hesabı ilə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti