"Qarabağ"ın prezidentinə vəzifə verildi

14:54 30 Avqust 2018

“Qarabağ” klubunun prezidenti Abdulbari Gözələ vəzifə verilib.

 

Sportarena.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının sədri vəzifəsinə seçkilər keçirilib. “Qarabağ”ın və “Azərsun Holdinq”in rəhbəri Abdulbari Gözəl Aqrar Məşvərət Şurasının sədri seçilib. (marja.az)

 

“Qarabağ” son illərdə Azərbaycanı Avropada uğurla təmsil edir. Ağdam təsmilçisi ötən mövsüm Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.

 

Qeyd edək ki, “köhlən atlar” bu gün Avropa Liqasının pely-off mərhələsinin cavab oyununda Moldova “Şerif”i ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti