"Qalatasaray"da ayrılıq

15:33 30 Avqust 2018

"Qalatasaray" futbolçusu Tolqa Ciyerci ilə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı xəbər yayıb. 26 yaşlı türk əsilli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

 

Qeyd edək ki, Tolqa 2016-cı ilin yazında 3 milyon avro qarşılığında "Herta"da transfer edilmişdi. O, İstanbul klubunun heyətində 42 oyuna 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti