Samir Abasov futbolçulara təqdim edildi

16:15 30 Avqust 2018

Samir Abasovun “Zirə”yə yeni baş məşqçi təyin olunduğu xəbərini vermişdik.

 

Sportarena.az xəbər verir ki, Abasov və köməkçiləri bu gün klub prezidenti Natiq İsmayılov tərəfindən futbolçulara təqdim edilib. Abasovun “Zirə”dəki köməkçiləri Seymur Rəhimov və Vəfadar Quliyev olacaq. Daha sonra futbolçularla söhbət edən çalışdırıcı, komandanı ilk məşqinə çıxarıb.

 

Xatırladaq ki, Abasov “Zirə”nin “sükanı arxasında” Ayxan Abbasovu əvəzləyib.


Digər xəbərlər

Xəbər xətti