Flip Ozobiç: "Nəticənin özü hər şeyi deyir"

10:16 31 Avqust 2018

“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsində “Şerif” üzərində qələbə qazandıqları cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:


- Bu cür oyundan, belə qələbədən sonra özünüzü necə hiss edirsiniz?

- Əlbəttə, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız üçün sevinirik. İki oyunun nəticəsinə görə biz “Şerif”dən daha yaxşı olduğumuzu göstərdik. Məncə, nəticənin özü hər şeyi deyir.

- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz? Oyundan əvvəl fərqlənəcəyinizi düşünürdünüz?
- Bəli, oyundan əvvəl bu barədə düşünürdüm. Hər zaman qol vurmaq istəyirəm. Bu gün alındı. Ümid edirəm ki, bundan sonra da qol vurmağa davam edəcəyəm.

- Sanki bu gün komandada xüsusi motivasiya var idi. Yoxsa bizə elə gəlirdi?
- Bilirdik ki, bizim üçün vacib oyundur. Qarşımızda qrup mərhələsinə düşmək vəzifəsi dururdu. Məncə, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq.

- “Şerif”in baş məşqçisi Qoran Sabliç həmyerlinizdir. Səhv etmirəmsə, orada xorvat futbolçu da var. Oyundan sonra onlara yaxınlaşıb görüşdünüz. Maraqlıdır, sizə nə dedilər?
- Bu, futboldur. Bu gün “Qarabağ” daha yaxşı idi. Onlara öz çempionatların uğurlar arzu etdim. Onlar da məni təbrik edib, Avropa Liqasında uğur arzuladılar.

- Avropa Liqasında BATE ilə eyni qrupa düşməyi istəyirsiniz?
- Bilmirəm, görək necə olur (gülür).

- Artıq “Qəbələ” ilə Avroliqanın qrupunda çıxış etmisiniz. İndi isə “Qarabağ”la bu uğura imza atdınız...
- Bəli, artıq bu sevinci yaşamışam. Nə deyə bilərəm? Daha çox oynamaq və özümüz göstərmək istəyirəm.


Digər xəbərlər

Xəbər xətti