"Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşdi - YENİLƏNİB

15:40 31 Avqust 2018

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gəlib. Təmsilçimiz İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" (Lissabon) və Ukraynanın "Vorskla" klubları ilə E qrupunda mübarizə aparacaq. 

 

Xatırladaq ki, Avropa Liqasının 2018/2019 mövsümünün final oyunu Bakı Olimpiya stadionunda keçiriləcək.

 

Avropa Liqası, qrup mərhələsi

E qrupu

Arsenal (İngiltərə)

Sportinq (Portuqaliya)

Qarabağ (Azərbaycan)

Vorskla (Ukrayna) 


Xəbər xətti