Elxan Məmmədov və Vəli Qasımov püşkatmada iştirak edəcək

11:35 31 Avqust 2018

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılacaq. 

 

Sportarena.az xəbər verir ki, turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edəcək.

 

Xatırladaq ki, “Qarabağ” dünən “Şerif”i cavab oyununda 3:0 hesabı ilə məğlub etməklə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti