UEFA-dan yeni qərar - Üçüncü turnir yaradılır

12:16 31 Avqust 2018

Avqustun 30-da Çempionlar Liqasının püşkatma mərasimindən əvvəl UEFA məmurları yeni turnirlə bağlı müzakirələr aparıblar.

 

Sportarena.az xəbər verir ki, UEFA 2021/22 mövsümündən başlayaraq avrokuboklarda 3-cü turnirə start verməyi planlaşdırır. Hələlik yeni turnirin adı bəlli deyil. UEFA bununla bağlı marketinq danışqları aparır. Ancaq o məlumdur ki, yeni turnirdə 32 komanda iştirak edəcək. Çempionlar Liqasında komanda sayı dəyişməyəcək, Avroliqada isə say 48-dən 32-yə endiriləcək.

 

UEFA-da hesab edirlər ki, yeni turnir kiçik ölkələrdə futbolun inkişafına təkan verəcək.


Digər xəbərlər

Xəbər xətti