"Neftçi"də istirahət başladı

15:23 31 Avqust 2018

"Neftçi” bu gün səhər növbəti məşqə çıxıb.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın məşqində Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq prosesindən sonra komanda üzvləri istirahətə buraxılıb. Məşqlər sentyabrın 5-də bərpa olunacaq.

 

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti