Unay Emeri: "Uzaq səfərlərə çıxacağıq"

17:54 31 Avqust 2018

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan təmsilçisi “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Unay Emeri püşkatma haqqında klubun saytına fikirlərini bildirib: 

 

“Hər üç komandaya hörmətlə yanaşırıq. Uzaq ölkələrə səfər edəcəyik. Bizi fərqli oyunlar gözləyir və hər birində də uzun səyahətə çıxacağıq. Komandaların əhval-ruhiyyəsi yüksəkdir. Bu turnirə yüksək maraq göstərməliyik. Avroliqada çoxlu təcrübəm var. Bacardığımız qədər irəliyə getməliyik. Hər oyuna yüksək səviyyədə hazırlaşmalıyıq”.

 

Unay Emeri "Sevilya"nın "sükanı arxasında" 3 dəfə Avropa Liqasının qalibi olub.


Xəbər xətti