Rəşad Sadıqov: "Güclü və ciddi qrupa düşmüşük"

18:17 31 Avqust 2018

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşı müdafiəçi çətin qrupa düşdüklərini deyib:

 

“Arsenal”ın oyun üslubu Emeri gəldikdən sonra bir az dəyişib. İndi daha çox pressinqlə oynayırlar. Çalışırlar ki, rəqibi öz meydanlarında “boğsunlar”. Onların bir-iki yoldaşlıq görüşlərinə baxmışam. “Sportinq” də, “Arsenal” da çox yaxşı komandalardır. “Arsenal” ümumiyyətlə, turnirin favoritidir. "Vorskla" Ukrayna təmsilçisidir. Təbii ki, biz onların mübarizə aparan, möhkəm komanda olacaqlarını bilirik. Ciddi və güclü qrupa düşmüşük”.

 

Qeyd edək ki, Ağdam təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Vorskla" (Ukrayna) ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti