UEFA Mxitaryanın Azərbaycana gəlməsini istəyir? - AÇIQLAMA

10:33 1 Sentyabr 2018

“Qarabağ” Avropa Liqasında “Arsenal”la bir qrupa düşdükdən sonra “topçular”ın erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlib-gəlməyəcəyi gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, UEFA erməni futbolçunun Bakıda keçiriləcək oyunda meydana çıxması üçün xüsusi cəhd göstərməyəcək. Qurum sadəcə, rəsmi məktubla müraciət edəcək. Bu barədə məlumatı UEFA-nın mətbuat xidməti verib:

 

“Bu, standart prosesdir. UEFA futbolçuların rahat viza ala bilməsi üçün milli assosiasiyalara, klublara və ölkələrin səfirliklərinə məktubla müraciət edir”.

 

Henrix Mxitaryan “Şaxtyor”da oynayarkən qanunsuz şəkildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. “Qarabağ” Dortmund “Borussiya”sı ilə qarşılaşarkən, Mxitaryan Bakıya gəlməmişdi.

 

Qeyde dək ki, “Qarabağ”ın qrupdakı digər rəqibi - “Vorskla”nın da heyətində erməni futbolçu Qeqam Kadimyan çıxış edir.

 


Digər xəbərlər

Xəbər xətti