"Sportinq"in baş məşqçisi "Qarabağ"dan danışdı

16:45 1 Sentyabr 2018

“Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının püşkünü dəyərləndirib.


Sportarena.az xəbər verir ki, E qrupunda mübarizə aparacaqları “Arsenal”, “Qarabağ” və “Vorskla” klubları haqda fikirlərini bölüşən portuqaliyalı mütəxəssis ilk iki komandanı xüsusi vurğulayıb:
 

“Arsenal” Çempionlar Liqası komandasıdır. Qrupumuzda bir də “Qarabağ” var, hansı ki, ötən mövsüm ÇL-in qrup mərhələsində iştirak edib. Qrupda “Sportinq”lə birlikdə Çempionlar Liqası təcrübəsi olan 3 komandanın yer alması yaxşı haldır”.


Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 20-də səfərdə “Sportinq”ə qarşı keçirəcək.


Xəbər xətti