“Vorskla” - “Qarabağ” matçının stadionu məlum oldu

18:40 1 Sentyabr 2018

Avropa Liqasının E qrupunda keçiriləcək “Vorskla” - “Qarabağ” oyununun stadionu dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, görüş Aleksey Butovski adına Vorskla stadionunda oynanılacaq. Artıq sözügedən arena Poltava təmsilçisinin Avroliqada ev oyunlarını keçirəcəyi stadion kimi təsdiqlənib.

Qeyd edək ki, “Qarabağ”, “Arsenal” və “Sportinq”lə E qrupunda mbarizə aparacaq “Vorskla” evdə ilk oyununu ikinci turda “Sportinq”ə qarşı keçirəcək. Vorskla stadionunda “Qarabağ”la oyun isə noyabrın 9-da olacaq.


Digər xəbərlər

Xəbər xətti