"Araz"ın bütün rəqibləri müəyyənləşdi

11:12 2 Sentyabr 2018

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın sonuncu rəqibi də müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda “Veles”lə qarşılaşan və 8:5 hesabı ilə qələbə qazanan “Valletta” yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.

 

Beləliklə əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq “Araz” “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) komandaları ilə üz-üzə gələcək.

 

Oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti