"Qarabağ"ın rəqibindən çətin qələbə - VİDEO

13:15 2 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sportinq" Portuqaliya çempionatında növbəti oyununa çıxıb. 

 

Sportarena.az xəbər verir ki, Lissabon təmsilçisi evdə "Feyrensi" qəbul edib. Qarşılaşma “Sportinq”in i 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 88-ci dəqiqədə Jovane Kabral vurub. 


Xallarını 10-a çatdıran "Sportinq" 2-ci pilləyə yüksəlib. Lider "Braqa" da eyni xala malikdir.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının E qrupunda ilk oyununu  sentyabrın 20-də məhz "Sportinq"ə qarşı keçirəcək.


Xəbər xətti