"Monako" Belçika millisinin üzvünü transfer etdi

16:22 2 Sentyabr 2018

Belçika millisinin üzvü Naser Şadli karyerasını Fransada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, “Monako” İngiltərənin “Vest Bromviç” klubunda forma geyinən üzvü Naser Şadlini heyətinə qatıb. Bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hücumameylli yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

 

Şadli daha öncə “Tottenhem”, “Tvente”, “Apeldorn” klublarında da oynayıb. Son iki mövsümdə isə Belçika yığmasının üzvü “Vest Bromviç”də forma geyinirdi. Belçika yığmasında 50-dən çox oyun keçirmiş yarımmüdafiəçi Rusiyadakı dünya çempionatına da aparılmışdı.


Xəbər xətti