Melo: "Futbolçu olmasaydım, qatil olardım"

18:35 2 Sentyabr 2018

Braziliya milllisinin sabiq üzvü Felipe Melo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, futbola gəlişində danışan 35 yaşlı yarımmüdafiəçi bunları deyib:

 

"Əgər futbolçu olmasaydım, qatil olardım. Braziliyanın ən təhlükəli bölgəsində böyümüşəm. Orada silahlı insanlar, narkotika satanlar çox idi. Ancaq mən arzumun dalınca getməyə qərar verdim. Həyat yoldaşımla qarşılaşandan sonra isə hər şey dəyişdi. Allaha şükür ki, üç övladımız oldu. Mənim üçün hər şeydən vacib ailəmdir".

 

Hazırda ölkəsində Nacional-da çıxış edən Melo, Juventus, Fiorentina, Galatasaray, İnter (Milan) kimi klublarda da oynayıb.


Xəbər xətti