Araz Abdullayev "Qarabağ"da neçə nömrəli formanı geyinəcək?

13:41 3 Sentyabr 2018

“Qarabağ”ın yeni transferi Araz Abdullayevin forma nömrəsi məlum olub.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçu Ağdam klubunda 9 nömrəli forma altında çıxış edəcək. Bu barədə klubun “facebook” hesabından məlumat verilib.

 

Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

 

26 yaşlı vinger son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti