Millimizin oyununda maltalı hakimlər

15:02 3 Sentyabr 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə qrupunda İsrail yığması ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb. 

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki,  “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı maltalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Trustin Farruciya Kann olacaq. Ona yan xətdə Alan Kamilyeri və Luke Portelli kömək edəcək.  Malkolm Spiteri isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.  


Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq.


Xəbər xətti