Kosovo millisinin baş məşqçisi: "İlk oyundakı qələbə futbolçularda özünəinam hissi yaradacaq"

15:20 3 Sentyabr 2018

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyununda Azərbaycan millisinin qonağı olacaq Kosovo yığmasının baş məşqçisi Bernar Şalland ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportaena.az xəbər verir ki, baş məşqçi Bakıda keçiriləcək oyunda qələbə qazanmaq istəyindən və heyətdəki itkilərdən danışıb:

 

"Bu turnirdə daha çox qələbə qazanmalıyıq. Buna ilk görüşümüzdən başlamalıyıq və qalib gəlməliyik. İlk oyundakı qələbə futbolçularda özünəinam hissi yaradacaq. Uğur qazansaq, millimizi seçən futbolçular doğru komandada olduqlarını anlayacaqlar. Valon Berişa bizim üçün olduqca ciddi itkidir. O olmadan yarışa start vermək çox pis olacaq. Besar Halimi də Azərbaycan yığmasına qarşı oynamayacaq. Amma onu əvəz edəcək futbolçular var. Halimi Farer adaları ilə oyuna hazır olacaq".

 

Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda Kosovoya qarşı keçirəcək. Sentyabrın 10-da isə millimiz səfərdə Malta ilə qarşılaşacaq. Yığmamızın qrupdakı digər rəqibi isə Farer adalarıdır.


Digər xəbərlər

Xəbər xətti