2018-ci ilin ən yaxşı baş məşqçisi kim olacaq? - 3 namizəd

18:24 3 Sentyabr 2018

FİFA 2018-ci ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, FİFA-nın rəsmi saytı ən yaxşı məşqçi adına 3 namizədi açıqlayıb ki, bunlar Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç, "Real"ın keçmiş çalışdırıcısı Zinəddin Zidan və Fransa millisinin baş məşqçisi Didye Deşamdır.

 

2018-ci ilin ən yaxşı məşqçisinin adı sentyabrın 24-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq.


Xəbər xətti