Malta millisinin üzvü: "Fərqli nəsə etməliyik"

21:31 3 Sentyabr 2018

Malta millisinin müdafiəçisi Andrey Aqius Millətlər Liqasında Farer adaları və Azərbaycanla keçiriləcək oyunlardan öncə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı futbolçu qrupu çətin adlandırıb və uğur qazanmağın vaxtının çatdığını deyib:

 

"Hesab edirəm ki, bu çətin qrupda istənilən komandanı uda və ya onların hər birinə uduza bilərik. Fərqli nəsə etməli, reytinqimizi yüksəltməliyik. Artıq uğur qazanmağın vaxtı çatıb. Bu isə bizim fəlsəfəmizdən və oyunlara necə yanaşmağımızdan asılıdır".

 

Qeyd edək ki, Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də səfərdə Farer adaları ilə keçirəcək Malta seçməsi 3 gün sonra isə doğma meydanda millimizi qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti