Qriqorçuk "Astana"dan ayrılıb? - Prezidentdən rəsmi açıqlama

12:16 4 Sentyabr 2018

Qazaxıstanın “Astana” klubunun prezidenti Sayan  Xamitcanov komandanı müvəqqəti olaraq tərk edən baş məşqçi Roman Qriqorçukla yolları ayırdıqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o. bu məlumatı təkzib edib:

 

"Hamımız Roman İosifoviçin şəxsi məsələlərini həll edərək, öz işinə qayıdacağını gözləyirik. Bunlar boş söhbətlərdir. Hər hansı bir dəyişiklik olsa, bu haqda azarkeşlərimizə məlumat verəcəyik. Onlara bildirmək istəyirəm ki, yalnız rəsmi xəbərlərə inansınlar”.

 

Qeyd edək ki, hazırda şəxsi işləri ilə bağlı "Astana"dan müvəqqəti olaraq ayrılan "Qəbələ"nin sabiq çalışdırıcısının Kiyev "Dinamo"suna keçəcəyi haqda xəbərlər yayılıb.


Xəbər xətti