DÇ-2030-a 5 ölkə ev sahiblik edəcək?

13:32 4 Sentyabr 2018

İngiltərə DÇ-2030-un Böyük Britaniya ərazisində keçirilməsi üçün plan cızır.

 

Sportarena.az xəbər verir ki, hələ bununla bağlı rəsmi razılaşma olmasa da, İngiltərə yaxın günlərdə İrlandiya Futbol Assosiasiyasına müraciət etməyi planlaşdırır. İngilislər bir müddət əvvəl bu məsələni Şotlandiya, Uels və Şimali İrlandiyadan olan həmkarları ilə müzakirə ediblər. İndi isə irlandlarla razılığa gəlmək istəyirlər.

 

UEFA prezidenti Aleksandr Çeferin bildirib ki, birgə ərizə qələbə şansını artıra bilər. Bundan əlavə, UEFA-da hesab edirlər ki, DÇ-nin bu regionda keçirilməsinin vaxtı çatıb. O da vurğulanır ki, məsələ həllini tapacağı təqdirdə, UEFA bu regionun 5 ölkəsinin - İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya və İrlandiyanın hamısına final mərhələsinə ev sahibi kimi birbaşa vəsiqə verməyəcək.

 

Onu da vurğulayaq ki, 2030-cu ildə mundialın final mərhələsində 48 komanda iştirak edəcək. FİFA yeni formatda ilk DÇ-ni 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirəcək.


Digər xəbərlər

Xəbər xətti