Kosovo millimizlə oyunun hazırlıqlarına başladı

13:50 4 Sentyabr 2018

Millətlər Liqasında sentyabrın 7-də millimizlə qarşılaşacaq Kosovo oyunun hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, Bernard Şalandın rəhbərliyi altında toplaşacaq komanda sentyabrın 6-da Bakıya gələcək. Kosovolular Bakı Olimpiya Stadionunda saat 19:30-da məşqə çıxacaqlar.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti