Güləşçilərimiz “Yadigar İmam Cup”da iştirak edəcək

14:42 4 Sentyabr 2018

Yeniyetmə sərbəst güləşçilərimizin ardınca yunan-Roma güləşçilərimiz “Yadigar İmam Cup” beynəlxalq turnirində iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, sentyabrın 6-7-də İranın Sircan şəhərində təşkil olunacaq komanda yarışında yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv ölkəmizi təmsil edəcək.

 

Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də olacaq.


Xəbər xətti