"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqladı

10:50 5 Sentyabr 2018

Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Fatih Terim siyahıya 21 futbolçunun adını daxil edib. Siyahıda 2 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. 

 

Qapıçılar: Fernando Muslera, İsmail Çipe;

 

Müdafiəçilər: Maykon, Sərdar Əziz, Ahmet Çalık, Martin Linnes, Ömər Bayram, Nagatomo;

 

Yarımmüdafiəçilər: Səlçuk İnan, Yunes Belhanda, Rayan Donk, Papa Aliun Ndiaye, Əmrə Akbaba, Fernando Reqes, Sofyan Fequli, Harri Rodriges;

 

Hücumçular: Ərən Dərdiyok, Sinan Gümüş, Henri Onyekuru, Muğdat Çəlik.

 

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Moskva "Lokomotiv"i, "Şalke" və "Porto" ilə D qrupunda yer alıb.


Xəbər xətti