Tanınmış jurnalistə ev verildi

11:05 5 Sentyabr 2018

Tanınmış jurnalist, "CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətliyəev verilib.
 

Sportarena.az xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk hesabında paylaşım edib:

 

"Bu gün həyatımda baş verən ən önəmli hadisələrdən birinin sevincini yaşayır və hisslərimi sizinlə bölüşmək istəyirəm. Bir az əvvəl mənə məcburi köçkünlər üçün "Qobu-Park”da inşa edilmiş yaşayış kompleksindən mənzil verildi. Bu, qismət olarsa, yaxın vaxtlarda qeyd edəcəyim 60 illik yubileyimə ən böyük hədiyyədir. Ona görə müraciətimə son dərəcə həssaslıqla yanaşan və müsbət cavablandıran Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ailəm adından sonsuz təşəkkür edir, minnətdarlığımı bildirirəm.
 

Daha bir mühüm məqamı vurğulamağı özümə borc bilirəm. Bir neçə aydır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Rzayev rəhbərlik edir. Bu təyinata görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü çatdırıram. Çünki illərdir yaşayış şəraitinin yaxşılaşdırılacağını gözləyənlər artıq humanist və həssas, ən əsası isə obyektiv yanaşmanın şahididir. Təbii ki, yüksək dövləti etimada görə Rövşən müəllimi təbrik edirəm, amma eyni zamanda bildirirəm ki, bu təyinatdan ən çox udan Azərbaycan dövləti, Azərbaycan hökuməti, ilk növbədə isə məhz taleyinə qaçqınçılıq, köçkünlük yazılmış biz qəlbiyaralı insanlardır”.

 

Rövşən Binnətli Azərbaycan idman jurnalistikasının tanınmış simalarından biridir. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinini bitirib. 1980-ci ildən jurnalistikadadır. Jurnalistika fəaliyyətinə qəzetdən başlayıb. Sonra 11 il  - 2001-2012-ci illərdə "Lider" televiziyasında işləyib. Ardından "New Baku Post” qəzetində çalışıb. Hazırda "CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktorudur.


Xəbər xətti