Milli komandada BOYKOT: Futbolçular düşərgəni tərk etdi

11:23 5 Sentyabr 2018

Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında baş verən anlaşmazlıq ölkədə qalmaqala səbəb olub.

 

Sportarena.az xəbər verir ki, Futbolçular Birliyinin federasiya ilə futbolçuların reklam, imic, sponsor məsələlərinin daxil olduğu transfer haqları ilə bağlı danışıqları nəticəsiz qalıb. Bu durum isə millinin bu gün Slovakiya ilə yoldaşlıq və sentyabrın 9-da Uelsə qarşı Millətlər Liqası matçını təhlükə altına salıb. Tərəflərin anlaşmaması səbəbindən futbolçular yığmanın düşərgəsindən gedib. Federasiya başqa futbolçuların axtarışına çıxsa da, baş məşqçi Aqe Hareyde və onun köməkçisi Yon Dal Tomasson istəmədikləri futbolçularla çalışmaq niyyətində olmadıqlarını vurğulayaraq, millini tərk ediblər.

 

Federasiya rəsmiləri millinin Slovakiya və Uelsə qarşı oynamayacağı təqdirdə, bu durumun ölkə futboluna ciddi zərbə vuracağını qeyd edir.


Digər xəbərlər

Xəbər xətti