Filip Ozobiç: "Qarabağ" böyük klubdur"

12:00 5 Sentyabr 2018

“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.
 
Sportarena.az həmin müsahibəni təqdim edir:
  
- İki il öncə “Qəbələ” ilə “Lill”i məğlub etmişdiniz...
- Ümid edirəm ki, bu, sonuncu deyil. Azərbaycan çempionatında da yaxşı davam etməyə çalışacam. “Qəbələ”nin də uğur qazanması pis olmazdı.
 
- Niyə “Qarabağ”?
- Çünki bu komanda 5 dəfə çempion oldu. “Qəbələ” böyük klub olsa da, “Qarabağ” daha yüksək səviyyədədir. Hər şey möhtəşəm təşkil edilir. Burada oyunçuların heç bir problemi yox idi. “Qəbələ”də müqaviləyə görə qalmışdım. Onlar da getməyimi istəmirdilər. Lakin daha yaxşı şərtlər məni “Qarabağ”a keçməyə məcbur etdi.
 
- Çindən təkliflər var idi?
- Bəli, onlar iki dəfə mənim üçün təklif etdilər.
 
- Qəbələ stadionuna rahat gedə bilərsinizmi?
- Azarkeşlər mənim getməyimə kədərləndilər. Lakin bu, peşəkar və normal addımdır. Hesab edirəm ki, bunu bacararam. Amma hələ ki, Qəbələyə yollanmamışıq. Onlar hər zaman karyeramda mənim üçün ən yaxşısını istədilər.
 
- Bakıda məskunalaşan “Qarabağ”ın, yoxsa Qəbələdə oynayan “Qəbələ”nin tərəfdarları çoxdur?
- Bu mövzuya müsbət yanaşıram. “Qarabağ”ın daha çox azarkeşi var və onlar ön plandadırlar.
 
- Bəlkə Çinə və ya Xorvatiyaya getsəydiniz, yığmada çıxış etmək şansınız olardı. İndi milliyə dəvət gözləyirsiz?
- Mən Azərbaycanda “Qarabağ”ın necə dəyərli olduğunu bilirəm və bu komandanın təklifini dərhal qəbul etdim. Burada hər şey superdir. Mən iddialıyam və “Qarabağ” böyük klubdur. Xorvatiyada isə şərtlər çox pisdir. “Dinamo” və ya “Riyeka” ilə görüşməmizi görəcəksiniz. Əminəm ki, “Qarabağ”la yeni uğurlarımız olacaq.
 
- Qrup haqqında nə düşünürsünüz?
- Çətin rəqiblərimiz var. “Arsenal” və “Sportinq” Çempionlar Liqası komandalarıdır. “Vorskla” onlarla nisbətdə zəifdir. Növbəti mərhələyə adlamaq istəyirik. Bacardıqca çox xal yığmağa çalışacağıq.


Digər xəbərlər

Xəbər xətti