Qurban Qurbanov 48 məşqçini geridə qoydu

12:56 5 Sentyabr 2018

UEFA Avropa Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb.


Sportarena.az xəbər verir ki, siyahıda yer alan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rekorda imza atıb. 


O, qrup mərhələsində çıxış edən 48 klubun məşqçilərini qabaqlayıb. 


Belə ki, Ağdam klubunun baş məşqçisi "Kopenhagen”nin "sükanı arxası"nda olan Stale Solbakkeni geridə qoyub. Norveçli mütəxəssis 2013-ci ildən Danimarka təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ı çalışdırır.


Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında da Qurban Qurbanov bu göstəricidə hamıdan öndə idi.


Xəbər xətti