Ayaz Quliyev ən yaxşı seçildi

13:31 5 Sentyabr 2018

Rusiyanın “Rostov” klubunun avqust ayındakı ən yaxşı oyunçusunun adı açıqlanıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Rostov”lu azarkeşlər hər oyundan sonra klubun saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan Ayaz Quliyev “Rostov”un avqustda ən yaxşı oyunçusu seçilib.

 

Azərbaycanlı futbolçudan sonra ilk üçlükdə qapıçı İlya Abayev və müdafiəçi Aleksey İnonov qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti