Kosovo yığmasının heyətində dəyişiklik

15:17 5 Sentyabr 2018

Azərbaycan millisinin UEFA Millətlər Liqasında ilk oyununu keçirəcəyi Kosovo yığmasının heyətində dəyişiklik edilib.
 
 
Sportarena.az xəbər verir ki, "Hayduk" klubunda (Split, Xorvatiya) forma geyinən Ardian İsmayli əsas millidən ayrılaraq U-21-in heyətinə cəlb olunub. Onun əvəzinə "Brondbü"dən (Danimarka) Besar Halimi yığmaya qoşulub. Bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
 
Qeyd edək ki, Avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da start götürəcək.
 
 
Yeri gəlmişkən, Kosovonun U-21 millisi də Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının rəqiblərindən biridir.


Digər xəbərlər

Xəbər xətti