Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirində mübarizə aparacaq

16:09 5 Sentyabr 2018

Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən, “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək.

 

Üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.


Xəbər xətti