Ramil Quliyev Avopada ən yaxşı ola bilər

18:53 5 Sentyabr 2018

Türkiyəni təmsil edən Azərbaycanlı idmançı Ramil Quliyev avqust ayı üzrə Avropanın ən yaxşı yüngül atleti ola bilər.

 

Sportarena.az xəbər verir ki, həmyerlimiz avqustun 7-12-i aralığında Berlində keçirilən Avropa çempionatında 200 metrlik məsafəni 19,76 saniyəyə qaçmaqla yeni rekorda imza atıb.

 

Avropanın ən yaxşısı adına digər namizədlər də var:

 

Kişilər arasında – Arman Dyuplantis (İsveç), Zarnel Xyuz (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Nart (Belçika);

 

Qadınlar arasında: Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Xussonq (Almaniya), Lora Myur (Böyük Britaniya), Yekaterina Stefanidi (Yunanıstan), Anita Vlodarçik (Polşa).


Xəbər xətti