"Sumqayıt" hazırlıqlarını davam etdirir

10:54 6 Sentyabr 2018

“Sabah”la yoxlama görüşündən sonra 1 günlük istirahətə buraxılan “Sumqayıt” Topaz Premyer Liqasının 4-cü turunda “Qarabağ”la keçiriləcək qarşılaşmaya hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda Nazim Süleymanovun rəhbərliyi ilə Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda bu gün növbəti məşqini keçirib.

 

Milli komandalarda olan Bəxtiyar Həsənalızadə, Yusif Nəbiyev və Ülvi İsgəndərov məşqdə iştirak etməyib. Bundan başqa Elvin Məmmədov və Vurğun Hüseynov zədəli olduqları üçün fərdi məşqlə kifayətləniblər. Zədəsini bərpa edən Rail Məlikov isə artıq komandaya qoşulub.

 

Təxminən 1.5 saat davam edən hazırlıq prosesində müxtəlif toplu hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.


Digər xəbərlər

Xəbər xətti