Luke Şav:"Ayağımı itirmək nöqtəsinə çatmışdım"

17:23 6 Sentyabr 2018

İngiltərə yığmasının müdafiəçisi Luke Şav 2015-ci ildə aldığı, onun üzündən uzun müddət yaşıl meydanlardan kənarda qaldığı ciddi zədəsi ilə bağlı açıqlama verib.
 
 
Sportarena.az xəbər verir ki, Şav 18 aylıq fasilədən sonra ilk dəfə İngiltərə yığmasına dəvət alıb. "Mançester Yunayted"in futbolçusu 2015-ci ildə PSV ilə keçirilən matçda Hektor Morenonun müdaxiləsinə məruz qalaraq, ayağı 2 yerdən eyni anda qırılmışdı. 
 
 
Bu zədədən 12 ay sonra yaşıl meydanlara dönən müdafiəçi mətbuata açıqlamasında həmin çətin anlarından danışıb. 23 yaşlı futbolçu "Heç kim bilmir, amma ayağımı itirmək nöqtəsinə çatmışdım. Zədənin ardından məni Hollandiyadan İngiltərəyə qaytarmağı düşündülər. Belə olsaydı qan laxtalanması və zədələnən nayihədən dolayı ayağımı itirəcəkdim. Bunu həkimlər mənə yalnız ayağımın sağalmasından 6 ay sonra dedilər. Ümumiyyətlə məsələ ilə bağlı danışmağı sevmirəm, indi isə heç vecimə də deyil. Özümü güclü hiss edirəm" sözlərini söyləyib.


Digər xəbərlər

Xəbər xətti