Rövnəq Abdullayev "Sumqayıt" klubunun idman bazasında olub - FOTOLAR

17:43 6 Sentyabr 2018

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Azərikimya İB-nin balansında olan "Sumqayıt" klubunun idman bazasında yeni meydançaların inşası işləri ilə tanış olub.

 

Sportarena.az xəbər verir ki, əvvəllər 1 süni örtüklü meydançanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii örtüklü, 1 süni örtüklü və 2 mini futbol meydançası inşa edilməkdədir.

 

Görülən işlərlə yerində tanış olan Rövnəq Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.

 



Digər xəbərlər

Xəbər xətti