Kosovo millisinin baş məşqçisi: "Azərbaycan futbol oynamağı bacarır"

19:24 6 Sentyabr 2018

"Bizim ilk oyunumuz olacaq. Millətlər Liqası maraqlı yarışdır. Bu, Avropa çempionatına getmək üçün yaradılan yoldur. Avropa çempionatında iştirak etmək bizim arzumuzdur”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib.

 

Kosovo yığması Millətlər Liqasının D Liqasının III qrupunun ilk turunda sabah millimizin qonağı olacaq.

 

Oyundan öncə keçirilən mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

“Rəqib haqqında məlumat toplamışıq. Rəqibin bütün oyunlarını görmüşəm. UEFA reytinqinə baxanda, Azərbaycan bizim qrupun ən yaxşıdır. DÇ-2018-in seçmə mərhələsindəki oyunlarını izlədim, Almaniyaya qarşı yaxşı oynamışdılar. Azərbaycan seçmə mərhələdə 10 xal toplamışdısa, bizim aktivimizdə cəmi 1 xal var idi. Rəqibin son yoxlama oyunlarını da izləmişəm. Azərbaycan yaxşı futbol oynaya bilər. Bizim üçün çox çətin olacaq. Deyə bilərəm ki, çox çətin qrupa düşmüşük. Kosovo yaxşı komandadısa, digərlərini unutmaq olmaz. D Liqasının ən çətin qrupunda yer almışıq”.

 

- Bütün açıqlamalarınızda bildirirsiniz ki, Azərbaycan güclü komandadır. Maraqlıdı, Bakıya hansı nəticə üçün gəlmisiniz?

 

- Bu, futbolun reallığıdır. Bunu reytinqə baxanda da görmək olur. Biz çox gənc komandayıq, körpəyik. Biz hələ böyüməmişik. Ona görə də Kosovonun güclü komanda olduğunu deyə bilmərəm. İndi futbolun necə olduğunu bilirəm. Farer adaları Portuqaliyaya çətinlik yaratmışdı. Bütün komandalar futbol oynamağı bacarır. Əvvəllər bu komandalar böyük hesabla məğlub olurdular, amma indi əksinədir.

 

- Müasir futbolda statistika heç nəyi həll etmir. Kosovonun futbolçuları daha yaxşı çempionatda çıxış edir.

 

- Kosovo xüsusi ölkədir.  Xeyli sayda gənc futbolçuları var. Onların çox Avropada doğulub, yaşayıb və oynayıblar. Mən azərbaycanlıların xarici ölkələrdə oynamama səbəblərini deyə bilmərəm. Azərbaycanda yaxşı klublar var. Əgər bir futbolçu ölkəsində qalırsa, deməli, yaxşı pul qazanır. Bu, əsas səbəblərdən biridir. Əgər Azərbaycan Çexiya və Norveçə qarşı yaxşı oynayıbsa, deməli, yaxşı komandadır.   

 

- Avropa Çempionatının final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək. Bu, Azərbaycan millisinə xüsusi motivasiya verə bilər?

 

- Bu, hərbir komanda üçün çətin olacaq. Bu, arzudur, xəyaldır, istəkdir, həmçinin Kosovonun arzularıdır. 

 

- Ən aparıcı futbolçunuz Valon Berişa zədə səbəbindən Bakıya gəlməyib. Onun yoxluğu necə təsir edə bilər?

 

- Berişa Kosovonun ən məşhur futbolçusudur.  Biz onun yoxluğunu hiss etdirməməliyik. Onsuz bacarmalıyıq. Berişa oktyabr ayında tam hazır olacaq.


Xəbər xətti