Millətlər Liqasına start verilib

10:32 7 Sentyabr 2018

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasına start verilib.
 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 9 görüş baş tutub.
 

A Liqasında favoritlərdən sayılan son 2 dünya çempionu - Almaniya və Fransa üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.


Azərbaycan millisinin yer aldığı D liqasında isə 4 qarşılaşma keçirilib. 


Qeyd edək ki, yığmamız illisi ilk oyununu sentyabrın 7-də Kosovoya qarşı keçirəcək. 


6 sentyabr 
 

Millətlər Liqası
 

A Liqası
 

I qrup
 

Almaniya - Fransa 0:0
 

B Liqası


I qrup
 

Çexiya - Ukrayna 1:2
Qollar: Şik, 4 (1:0), Konoplyanka, 45+1 (1:1), Zinçenko, 90+3 (1:2)

 

IV qrup
 

Uels - İrlandiya 4:1 
Qollar: Lavrence, 6 (1:0), Beyl, 18 (2:0), Remzi, 37 (3:0), Roberts, 55 (4:0), Villiams, 66 (4:1)

 

C Liqası

III qrup

 

Sloveniya - Bolqarıstan 1:2 
Qollar: Kraev, 3 (0:1), Zajc, 40 (1:1), Kraev, 59 (1:2)
 

Norveç - Kipr 2:0
Qollar: Yohansen, 21; 42
 

D Liqası 

I qrup

 

Qazaxıstan - Gürcüstan 0:2
Qollar: Çakvetadze, 69, Maliy, 74-avtoqol
 

Latviya - Andorra 0:0
 

IV qrup
 

Ermənistan - Lixtenşteyn 2:1
Qollar: Pizzelli, 30 (1:0), Volfinger, 33 (1:1), Barseqyan, 76 (2:1)

 

Cəbəllütariq - Makedoniya 0:2
Qollar: Trixkovski, 19, Alioski, 35


Xəbər xətti