Sneyder millidə sonuncu oyununa çıxıb - VİDEO

12:08 7 Sentyabr 2018

Uesli Sneyder Hollandiya yığmasında vita matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirib. Qarşılaşmada hollandların 2:1 hesablı qələbə qazanıb. Start heyətdə oyuna başlayan Sneyder 62-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, hazırda Qətərin "Əl-Qarafa" klubunda çıxış edən Sneyder 2003-cü ildən Hollandiya millisində oynayırdı. O, millidə 134 oyuna 31 qol vurub, 31 assist edib.


Digər xəbərlər

Xəbər xətti